BAYIL ZONASINDA ONLARLA ÇAT YARANIB - "Sürüşmə aktiv fazadadır"

Son günlər yağan yağışdan sonra Bayıl sürüşmə zonasında torpaq qatı ağırlaşıb”. Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək təhlükəlidir: “Ərazidə çoxsaylı, onlarla çat var. Çatlarda kiçik dəyişiklik olsa belə onu müşahidə etmək mümkünsüzdür”.

Ə.Qaralov qeyd edib ki, mütəxəssislər ərazidə gündəlik araşdırmalar aparır: “Proses davam edir, sürüşmə aktiv fazadadır. Ərazidə sakin yoxdur”.

Əziz Qaralov Trend-ə deyib ki, dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında – Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir: “Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.

 

635x100

Şərhlər

REDAKTOR 2018-02-19 12:12:44

BAKİDA ŞURUŞMƏ ƏRAZİLƏRİ TƏK BAYİLDA DEYİL.BELƏ ƏRAZİLƏRDƏN BİRİ DƏ ZİXDADİR. LAKİN BUNA BAXMAYARAQ BU GUNUN OZUNDƏ BELƏ HƏMİN ƏRAZİLƏRDƏ TORPAĞİN UST QATİNİN QAZİLARAQ DAŞİNMASİ, YAMACLARDA OZBAŞİNA QAZİNTİ VƏ TİKİNTİ İŞLƏRİNİN APARİLMASİNA XƏTAİ RAYON İHB RAZİM MƏMMƏDOV, BƏLƏDİYYƏ SƏDRİ VZ NƏHAYƏT BU GUN SURUŞMƏ TƏHLİKƏSİ BARƏDƏ RƏY VERƏN VƏ ƏRAZİLƏRDƏ İRİ ŞAM AĞACLARİNİN KƏSİLƏRƏK, MƏHF ETDİRƏN EKALOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN EKPERTİZA İDARƏSİ ŞƏXSİ MARAQ BAXİMİNDAN ŞƏRAİT YARADİRLAR.

G.M 2018-02-19 12:12:44

Bayıl yamacını Abutalıbovun tamahı sürüşdürdü,E.Əzizovun nəfsi,bu sürüşməni daha da aktivləşdirib, sona çatdıracaq.

Son yazılar