YOL POLİSİ DTX-nın ƏMƏLİYYATINA MANE OLDU - Nazir tərəfindən işdən qovuldu

Dərc olunub: 19/02/2018 - 18:26

Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib

8b2e00
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Sfera.az-ın məlumatına görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.


loading...




Fikrinizi bildirin