ZİYA MƏMMƏDOVUN VİLLASINDA YANĞIN BAŞ VERDİ – VİDEO + Fotolar

Dərc olunub: 19/02/2018 - 15:24

626802_03İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub. Hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.

Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.
Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.
Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (apa, ARB TV)

“Evin bağbanı yaşayan balaca bir budka yanıb”.Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş əqliyyat naziri Ziya Məmmədovun İsmayıllı rayonunun Buynuz kəndində yerləşən villasında baş verən yanğından danışarkən deyib.

O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb: “Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.

Qeyd edək ki, İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb. Rayonun Buynuz kəndində qeydə alınan yanğın keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.










loading...


Fikrinizi bildirin