Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb

Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva bürosuna verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.

Müharibə zamanı yer üzündən silinmiş kəndin yerləşdiyi ərazidə 1943-cü ilə aid məzarlıq aşkar edilib. Oradan 26 döyüşçünün meyiti eksqumasiya edilib. Bundan əlavə, müvafiq araşdırma zaman məlum olub ki, tapılan cəsədlər 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad edilməsində iştirak etmiş 101-ci atıcı briqadasının döyüşçülərinə məxsusdur. Onların hamısının adları müəyyən edilib.

21 sentyabr 2017-ci il tarixində qeyd olunan əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin “Xatirə meydanı” memorialında bütün hərbi və dini ayinlərə riayət olunmaqla, təntənəli surətdə dəfn edilib.

Həlak olanlar sırasında əslən Rusiyanın Tula, Saratov, Perm, Voronej şəhərlərindən, həmçinin Gürcüstan, Özbəkistan, Ukrayna, Qazaxıstan və Azərbaycandan (1 nəfər) olmuş hərbçilər var. Soydaşımızın Laçın rayonundan olan 1907-ci il təvəllüdlü yefreytor Mirzəyev İbiş Rza oğlu olduğu müəyyən edilib. Onun məzarının tapılması haqda xəbər “Dolq” tərəfindən qohumlarına çatdırılıb.

Bu ilin 17-18 fevral tarixlərində təşkilat bütün həlak olmuş hərbçilərin yaxınlarını bir araya yığaraq 101-ci atıcı briqadasının döyüşçülərinin xatirəsini anmaq məqsədi ilə təntənəli matəm tədbirləri keçirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən, səfirlik tərəfindən yefreytor İ. Mirzəyevin qohumlarının sözügedən tədbirdə iştirakı üçün dəstək göstərilərək, onların Smolenskə səfəri təşkil olunub.

635x100

Şərhlər

OQTAY 2018-02-19 17:39:25

Allah rehmet elesin butun soydaslarmiza hecneden,bize aid olmayan muharibede helak oldular,"Памят народа1941-1945" "ОБД Мемориал" saytina girin,goreceksiniz,Almanlar esirin sekilini ayriliqda cekib senedlesdiribler,esr oldukdede,olumnun sebebini ve harada defn edildiyini deqiqlikle qeyd edibler.Stalin kimi iyrenc mexluqun,dovrunde bele,neinki muharibe devrinde hec azad devirdede,soydaslarmizin meyidi tapilmayib.Babami axtardim gah Kurskda,gah Voronejde,gahda Belqorodda gosterilir,biyabirciliq,tapa bilmedim?

Son yazılar