«NATO Türkiyəni dəstəkləyəcək...» - Dəməşq ehtiyatlanır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Dəməşq ehtiyatlanır ki, vəziyyətin istənilən gərginləşmə variantında NATO Suriyada Türkiyəni dəstəkləyəcək. Bu barədə Suriya Prezidentinin müşaviri Buseyna Şaaban «Valday» beynəlxalq diskusiya klubunda keçirilən «Rusiya yaxın şərqdə: bütün meydanlarda oyun» mövzusunda konfransın açılışı zamanı bəyan edib.

«Türkiyə - NATO üzvüdür. İstənilən problemin yaranacığı təqdirdə, NATO Türkiyəni dəstəkləyəcək, nəinki bir başqasını» - Şaaban bildirib.

«Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyadakı iştirakını istisnasız olaraq, terrorçuluqla mübarizə aparmaq məqsədi ilə izah edir. Ancaq onlar terrorçuluqla mübarizə aparmırlar, əksinə, terrorçuları dəstəkləyirlər. Belə fəaliyyətləri ilə ABŞ və Türkiyə siyasi tənzimləməyə mane olmağa çalışırlar. Biz, hətta Vaşiqtonun ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdlərini də görürük» - deyə, Şaaban bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar