ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat

"Deportasiya" İctimai Birliy Ermənistandan azərbaycanlıların deportasiyasının il dönümünə həsr olunmuş növbəti iclasını keçirib.

Birliyin sədri Eldar Namazov qeyd edib ki, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağdakı torpağlarımızın işğalına, birliyin fəaliyyətində daimi əsas diqqət yetirilir.

“Əslində, bu problemlərin hamısının kökü birdir - erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperia siyasəti. Məhz bu siyasətin naticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş verib, yerli sakinlər - azərbaycanlılara qarşı soyqırım və deportasiya aktları baş verib. Bu baxımdan, 1997-ci ilin dekabrında imzalanan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında mərhum prezident Heydər Əliyevin fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilib”, - Namazov vurğulayıb.

Sonra görüş iştirakçıları birliyin idarə heyyatinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunan məruzəsini dinləyib.

Bundan sonra yığıncağın iştirakçıları üçün “Deportasiya” birliyi şurasının üzvü olan məşhur şair Vahid Əzizin "Qərbi Azərbaycanım" adlı yeni mahnısının videoklipi təqdim olunub.

Yekun məruzə ilə tanınmış alim-türkoloq, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf ediyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalını yüksək olduğunu nəzərə çatdırıb: “Qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir”.

Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.

Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar.

Yayılan bu xəbərlə bağlı dəqiqləşdirmə üçün musavat.com-un əməkdaşı, Birliyin sədri Eldar Namazovla əlaqə saxlayıb. Eldar Namazov bildirib ki, rəhbərlik etdiyi “Deportasiya” İctimai Birliyinin bir neçə tanınmış üzvləri İlham Əliyevin namizədliyinin müdafiə olunması ilə bağlı öz fərdi mövqelərini çıxışlarında ifadə ediblər: “Biz toplantı barədə media üçün yaydığımız press-relizdə üç məsələyə baxıldığı qeyd olunub. Birincisi deportasiyanın ildönümü ilə bağlı məruzə, ikincisi hörmətli şairimiz Vahid Əzizin sözlərinə yazılmış mahnının videoklipin təqtdimatı, üçüncüsü ölkədə yaranmış durum, görüləcək işlərlə bağlı məruzə. Həmin məruzələri dinlədik, müzakirələr keçirdik.

Firudin müəllimin məruzəsində İlham Əliyevin dəstəklənməsi çağırışı oldu. O, əsaslandırdı ki, hansı arqumentlərlə bu təklifi irəli sürür. Müzakirələr zamanı bir neçə ziyalımız da bu təklifi dəstəklədilər. Biz hamının mövqeyinə hörmətlə yanaşaraq bu fikrilərin hamısını öz press-relizimizdə əks etdirdik və yaydıq. Təbii ki, bu, seçkiqabağı yığıncaq deyildi. Bu, növbəti iclaslardan biriydi. Bizim qərarımız var ki, yaxın zamanlarda bu cür silsilə tədbirləri davam etdirək. Hər bir ziyalıya da öz mövqeyini ifadə etmək üçün şərait yaradacağıq. O ki, qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək.

Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir - islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”.

635x100

Şərhlər

azad 2018-02-19 18:47:23

sadece japin kyxnasinda olan adamlardi

Dahiyə 2018-02-19 18:47:23

Nəsə alınmadı, məsləhət oldu gözləyim. Əgər özfəaliyyət deyilsə, problem yoxdur

cavab 2018-02-19 18:47:23

Bu halda sanıran ümumi tanış müvin məqbul sayılır

sual 2018-02-19 18:47:23

Suyun vaxtında dəyişilməsi üçün bir başa əlaqə tələb olunmurmu?

Bəhram Qarabağlı 2018-02-19 18:47:23

Siyasi-hərbi vəziyyət "BİZDƏN XÜSUSİ SAYIQLIQ, ÜMUMMİLLİ BİRLİK, CƏMİYYƏTİN VƏ DÖVLƏTİN SƏYLƏRİNİN BİRLƏŞMƏSİNİ TƏLƏB EDİR". "Deportasiya" İB Beynəlxalq Mətbuat Mərkəzində mühüm ÇAQIRIŞla bəyanat verib. Keçən əsr və son 30 ildə öz evindən hərbi genosidə məruz-qovulmuş azərbaycanlıların nicat yolu yalnız milli güvəncə qalıb. 24 ildir işğalçılar BMT-nin münaqişənin həlli üçün Qarabağı tərk etmə qətnaməsinin icrasından imtina edir. Vətən naminə E.Namazovun xalqla liderin birliyinə önəm verməsi doğrudur.

Suss !!! 2018-02-19 18:47:23

....qeyri adi hec ne yox ya!?

asim 2018-02-19 18:47:23

Bunlar ziyalı deyil...

G.M 2018-02-19 18:47:23

F.Cəlilov ağıllı adamdır..Və Əbülfəz Əliyevə (Elçibəy)yoluna sadiq adamdır..1993 cü ildə Surət AXC-ni sıxışdıranda Elçibəy də H.Əliyevi dəstəkləmişdi.

Redaktor 2018-02-19 18:47:23

Allah ... kokunu cəhənnəmdən kəssin deyən bir yaxin tanişima burdan salamlar diləyirəm! Nəyin ....hələ də bilmək olmur?

Dahiyə 2018-02-19 18:47:23

Sizin tərəflərin suyunecə, məsləhətdir?

matin 2018-02-19 18:47:23

Bu "deportasiya" təşkilatının adını "DİASPORA" qoymaq lazımdır. Tarixlə daha assosoyasoya olunur. ...... Sanki ölkədə yalnız bunlar yaşayır. Baxın Qarabağı qaytardılarmı, korrupsiyanı həyat tərzinə kimlər çevirdi. ....

Arif 2018-02-19 18:47:23

Daqliq Qarabaqi ermeni -rus ishqalindan TEZLIKLE AZAD ETMEK UCHUN, MEGER, Lider XALQA MURACIET EDIBMI ve XALQ, MEGER, liderin MURACIETINE TEREDDUD EDIBMI ki, indi ortaya ideya atiblar münaqişənin həlli üçün - " xalqla liderin birliyine önəm verilməsi " barede ????? XALQ 30 ILDIR ki, GOZLEYIR liderden CESARETLI QERAR - BMT Nizamnamesinin 51 -ci OZUNUMUDAFIYE MADDESINE ESASEN, AZERBAYCAN ERAZISINDE, ermeni-rus ishqalchilarina qarshi ANTITERROR EMELIYYATININ TEZLIKLE BASHLANMASINI !

Dahi 2018-02-19 18:47:23

Suyu ne qeder tez deyişsen o qeder saglam olarsan duran su ilener

2+2=4 2018-02-19 18:47:23

Açar söz ...”24 il işğalçılardır”......)))))))

turksoy 2018-02-19 18:47:23

Salam.Onca bildirirem/Men tebii cenab Ilham Eliyevin terefdariyam/Ancaq bu Qerbi Azerbaycanin adindan bir qrup danisan "otbrosok"lara yazigim gelir/Siz kimsiniz?bir gun baliq hafiz,basqa gun koceri,bir basqa gun nureddin,eli omerov(Ulu Onder ona yaxsi ad vermisdi) ve s/Yaziqlar olsun/Qrbi Azerbaycanin problemleri ile mesgul olan Qeyretli Veten ogullari qalib qiraqda bu .... dusub ortaya avtaha ile.Yaziqlar olsun

yunis ordubadli 2018-02-19 18:47:23

azerbaycanda siyasetle yox regionculuqla mesquldurlar bu qerbi azerbaycanlilar/ elcibeyi de onlar devirediler/ vallah ayib olsun firudin celilova vahid ezize. eldar namazova. onlar o qeder regioncudurlar ki sabah qerbi azerbaycandan olan .... destekleye bilerler/ teki qerbi azerbaycanli olsun. eldar namazov bes sen qati muxalifetci idin/ maskaniz yirtildi/hec ilham eliyeve sizin kimi satqinlar da lazim deyil

Adshz 2018-02-19 18:47:23

Bunun neyi sokduki?

Son yazılar