Ucarda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Qezada-sinmish-padpres-180912Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

61 BD 531 dövlət nömrə nişanlı" Nissan", 61 BF 947 dövlət nömrə nişanlı "Mercedes" və 61 BC 068 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan Ucar rayon sakinləri- 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar