Bil Qeyts ABŞ hökumətini zənginlərə daha yüksək vergi qoymağa çağırıb

"Microsoft" şirkətinin təsisçisi Bil Qeyts (Bill Gates) daha çox vergi ödəməli olduğunu hesab edib və bildirib ki, ABŞ hökuməti digər superzəngin amerikalılardan bunu tələb etməlidir.

"Report" xəbər verir ki, bu barədə açıqlamanı B.Qeyts CNN telekanalına müsahibəsində verib.

"Mən hamıdan çox, 10 mlrd. dollar vergi ödəmişəm. Hökumət mənim kimi zəngin digər insanlardan da yüksək vergi tutmalıdır", - deyə "Microsoft"un rəhbəri bildirib.

B.Qeyts ABŞ prezidenti Donald Trampın son vergi islahatlarını tənqid edərək qeyd edib ki, yeni qanun zənginlərin və korporasiyaların daha az vergi ödəməsinə gətirib çıxaracaq. O, inkişaf etmiş ölkələrin gəlir bölgüsündə ədalətsizliyi tənqid edib.

Xatırladaq ki, daha əvvəl Corc Soros (George Soros), Rokfeller, Uorren Baffet (Warren Buffet) başda olmaqla 400 zəngin insan özlərinə qarşı vergi yükünün artırılması üçün Konqresə məktub ünvanlayıb. Onlar daha çox vergi ödəyərək ABŞ büdcə kəsirinin azaldılmasına nail olmağa çalışmaq istədiklərini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar