“Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxaracaq” – Bəkir Bozdağ

Dərc olunub: 19/02/2018 - 22:14

Bekir_Bozdag_090312Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxaracaq.

APA-nın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada mətbuat konfransında bəyan edib.

“Biz bu mövzu ilə bağlı xəbərləri izləyirik. Suriya hökumət ordusunun Afrinə girəcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Əsəd rejiminin PYD/YPG-yə müdafiə üçün bölgəyə qoşun yeritməsi fəlakətlə nəticələnəcək. Belə bir hücum Suriyanın bölünməsinə gətirib çıxaracaq”, deyə B.Bozdağ.








loading...


Fikrinizi bildirin