Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub
Baxiş sayı:
Dərc olunub:
19/02/2018 - 22:56
Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.
“Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Suriya üzrə üçtərəfli görüşü martın 14-də Astanada baş tutacaq”, deyə B.Bozdağ qeyd edib.
Onun sözlərinə görə, aprelin əvvəlində Türkiyə prezidenti R.T.Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşün keçirilməsi planlaşdırılır.
“Bundan sonra Suriya üzrə Rusiya-Türkiyə-İran zirvə toplantısının keçiriləcəyi gözlənilir”, deyə B.Bozdağ əlavə edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.