Tehranda baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb

İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar