Rusiyada şanson ifaçısı qətlə yetirilib

Dərc olunub: 20/02/2018 - 01:08

808c2e3f-9e2b-4ff4-8c01-47ac9996becf_292Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadla TASS məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 19-da “Severnı bulvar”da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

“Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib”, – deyə İvanova əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

TASS hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur.


loading...




Fikrinizi bildirin