Dəm qazından boğulan ər və arvada görə cinayət işi başlandı

Gəncədə ər-arvadın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 124.2- ci ( ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.

Xatırladaq ki, fevralın 19-da Gəncənin Nəriman Nərimanov prospektindəki evlərdən birində 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar