PREZİDENT TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN ZABİTLƏRİNİ HƏDƏLƏDİ - "Qudurğan itlər..."

Özbəkistanın Milli Təhlükəsizlik Xidməti – MXX-nin (Milli Xavfsizlik Xizmati) onilliklər ərzində ən qüdrətli orqan sayılıb, lakin indi “ölkənin yeni söz sahibi” onun da vaxtının çatdığını düşünür. "Azadlıq" radiosu xəbər verir ki,  Özbəkistan prezidenti Şövkət Mirziyayev öz sələfinin hakimiyyətini qoruyan sütunlardan biri olan MXX-nin tənqidindən çəkinmir.

O, ölkənin Milli Təhlükəsizlik Xidmətində uzun illərdir hökm sürən işgəncələr, quldurluq, iş adamlarının soyulması və onlara işgəncələr verilməsi barədə növbəti sensasion bəyanatla çıxış edib. Bu on illər boyu Özbəkistanda İslam Kərimov rejiminin bel sütunu hesab edilən MTX-nin rəhbəri Rüstəm İnayətovun yanvarın 31-də işdən çıxarılmasından sonra baş verir.

“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, prezident Şavkat Mirziyoyev öz sələfinin hakimiyyətini qoruyan sütunlardan biri olan MTX-yə qarşı tənqidlərin dozasını getdikcə artırır.  Prezident çıxışlarında bu təşkilatı “günahsız insanları hədəfləməkdə” və “səlahiyyətlərini aşmaqda” günahlandırıb.

Fevralın 16-da Buxarada yerli fəallarla görüş keçirən Mirziyoyev Milli Təhlükəsizlik Xidmətinin tənqidini davam etdirib. O deyib ki, MTX-in  Buxarada “biznesmenləri ədalətsiz olaraq həbsxanalara salması” barədə sübutlara malikdir. Mirziyoyev çıxışında deyib: “Mən hətta işgəncə şəkillərini görmüşəm. Mən bu əməllərə yol vermiş müstəntiqlərin adlarını da bilirəm”.

Prezident detallara varmayıb, amma bunları əlavə edib: “Allah qoysa, sağ-salamat olsaq, vaxtı gələndə bunları televizorda görəcəksiniz”.

Təhlükəsizlik xidmətinin əməkdaşlarını “qudurğan itlər” adlandıran Mirziyoyev onları “biznesdə az-çox uğuru olan insanları hədəf almaqda” ittiham edib. Prezident deyib ki, dünyanın heç bir ölkəsində uniforma geyinən insanlara bu qədər ixtiyar verilməyib.

“Heç 1937-ci ildə də belə olmayıb”-Mirziyoyev bildirib.

Özbəkistana 27 il rəhbərlik etmiş İslam Kərimov fərqli düşüncənin və hər hansı müxalifətin boğulması üçün MTX alətindən istifadə edirdi. Lakin yeni prezident Mirziyoyev bu dövlət orqanının ciddi islahata ehtiyacı olduğu qənaətdindədir. O yanvarın 31-də bu təşkilata 23 il başçlılıq etmiş Rustam İnoyatovu vəzifəsindən kənarlaşdırıb.

Özbəkistanda “boz kardinal” ləqəbini qazanmış İnayətov Kərimovun sədaqətli müttəfiqi və ölkənin ən nüfuzlu rəsmisi idi. İndi onun postunu 2015-ci ildən baş prokuror olanİxtiyor Abdulloyev tutub. İnoyatovun işdən çıxarılmasından bir neçə gün əvvəl MTX-ni tənqid edən prezident bu təşkilatın hətta yüksək vəzifəli hökumət rəsmilərinə də nəzarət etdiyini demişdi.

Yanvarın 19-da İnoyatovun doğma Surxandərya vilayətində çıxış edən Mirziyoyev demişdi: “Məsələn əgər regional başçılarıdan biri MTX-nin xoşuna gəlməyən bir söz desəydi, onu dərhal şərləyib vəzifəsindən uzaqlaşdırırdılar”. Mirziyoev deyib ki, təhlükəsizlik xidmətinin heç bir rəsmisinə inanmır və “lazım gəlsə, onların poqonlarını qoparacaq”.

Keçmiş sovet DTK-sının xələfi olan MTX 32 milyonluq Özbəkistanda dini ekstremizmə qarşı mübarizə pərdəsi altında insan haqları pozuntuları törətməsi ilə məşhurdur. Bu təşkilat minlərlə insanı ekstremizmlə bağlı cinayətlərdə ittiham edərək həbsxanalara salıb, 17 min nəfərin adı olan “potensial ekstremist siyahısını” tərtib edib.

Mirziyoyev ötən il sentyabrın 1-də bəyan etmişdi ki, 16 min nəfərin adları bu siyahıdan çıxarılıb və onlar işlə təmin olunub.

MTX  hətta hökumət vəzifəlilərini güdən geniş çuğulçu şəbəkəsinə malikdir. Bundan başqa Mirziyoev Buxaradakı çıxışında MTX-yə, özünün Özbəkistanın xarici missiyalarındakıcasuslarını geri çağırmağı əmr edib. Özbəkistanın hüquq-mühafizə orqanlarına məhkəmə qərarı olmadan axtarışların aparılması və dinləmə cihazlarının yerləşdirməsi qadağan edilib.

Mirziyoyev deyib ki, Özbəkistanın, onun hökumət rəsmilərindən casusluq edən təhlükəsizlik idarəsinə ehtiyacı yoxdur. Mirziyoyev Buxara fəalları qarşısında etdiyi çıxışda bildirib ki, təhlükəsizlik xidmətlərinin Buxarada, Surxandəryada və ölkənin qalan yerlərində hesabatsız hakimiyyətinə son qoyulur.

Bununla belə, Mirziyoyevin MTX-nin islahatlarında nə dərəcədə dərinə gedə biləcəyi naməlum qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar