QALMAQALLI PROKUROR OĞLUNUN NÖVBƏTİ CİNAYƏTİ - Bu dəfə kirayə götürdüyü evin əşyalarını satıb! (Foto)

Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs tərəfindən aldadılıb. Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə “bomj” kimi yaşayıb:

“İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəməyə və Azərbaycan Respublikası Ədliyyə nazirliyində çalışan Südabə Həsənovanın (Hazırda Konstitusiya Məhkəməsinin hakimidir-red.) qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı. Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim.

Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun sözlərinə əsasən, iki övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzilə gələcəklər. Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzilin açarını verdim. Bir neçə ay ərzində mən “whatsapp” vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər.

2018-ci il 25 yanvar tarixində mən bir neçə şahid ilə mənzilimə daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət etdim. İki gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa davam edib, “bomj” kimi döşəmədə yatırmış. Çünki evdəki bütün əşyaları satıb”.

Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib: “Onu həbs etdikdən sonra 19 nömrəli polis bölməsinə onun atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər veriblər. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq onu hələ ki, tapa bilmirlər.

Y.Həsənov məhkəməyə cəlb edilsə belə, onun cəzasının ədalətli olacağı sual altındadır. Məlumdur ki, o, əvvəllər narkotik ticarətinə görə məhkum edilib. Uzun müddətdir, bu cür sxem əsasında işləyir və hər dəfə də işdən "alnı ağ" çıxır. Belə cinayətkar öz yüksək rütbəli qohumlarının adları altında gizlənərək, öz qara işlərini görür”.

Südabə Həsənova

Minval.İnfo-nun əldə etdiyi məlumata görə, Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Rəşid Həsənov həqiqətən də keçmiş ədliyyə naziri Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.

2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə narkotik istifadəsi və satışına görə həbs edilən Yalçın Həsənov, 2011-ci ildə əfv sərəncamı əsasında həbsdən azad edilib. (Minval.info)

"AzPolitika" xatırladır ki, 90-cı illərin əvvəllərində Naxçıvan Ali Məclisinin sədri, daha sonra Bakıda prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışan Rəşid Həsənov, Prezident Heydər Əliyev tərəfindən məhz oğlu Yalçına görə prokurorluq orqanlarından uzaqlaşdırılmışdı. Belə ki, Y.Həsənovun Bakıda törətdiyi ağır avtoqəza atasına baha başa gəlmişdi.

635x100

Şərhlər

ali 2018-02-20 19:59:29

bedbextcilikdir,ona gore ki bu gun genclerin terbiyesi ile mesqul olan hec bir orqan yoxdur...narkomaniya ,tufeylilik bas alib gedir......

ədalət naminə 2018-02-20 19:59:29

Deyəsən kondisioneri satmağı unudb, ya da vicdanı son anda oyanıb.

elnur 2018-02-20 19:59:29

Naxçıvanlıdır ona hər şey olar. Buraxın getsin.

Son yazılar