“MƏNİM HEÇ NƏYİM YANMAYIB...” - Ziya Məmmədovdan qəzəbli açıqlama

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Ziya Məmmədov Sfera.az-a açıqlamasında söyləyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:

“Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil”.

Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb: “Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.

635x100

Şərhlər

ədalət naminə 2018-02-20 19:47:16

Ziya Məmmədov vəzifədə olanlara yaxşılıq edibsə, çörək veribsə planlı, məqsədli edib, amma əsasən MİNİMUM qazanc edən sadə insanların, sürücülərin çörəyini, ailəsinin qazancını kəsib qəddarcasına. Bu tarixdir, faktdır.....

OXUCU 2018-02-20 19:47:16

Tələsmə yanar inşallah.

CİNGİZ GƏNCƏLİ 2018-02-20 19:47:16

ZİYA MƏMMƏDOVUN CORƏYİNİ YEYİB ONA KOR BAXANLARİN GOZUNU O CORƏK TUTACAQ. İNANİN BU DUNYA NİZAM TƏRƏZİDİR DEYƏNLƏR YANİLMAYİB.BU KİŞİ COXLARİNA BU GUNUN OZUNDƏ BELƏ VƏZİFƏLƏRDƏ OTURANLARİN COXUNA DƏSTƏK OLUB. HANSİ ONLARİ VURUB ATİBLAR KƏNARA. NƏ OLDU ZİYA MƏMMƏDOVA CAY GƏTİRƏNLƏR, HARDADİLAR?

Vətəndaş 2018-02-20 19:47:16

QOÇULARLN HARADIR? İMKANIN OLSA BİR AZ DÖYDÜRƏRDİN. AYƏ SƏNİN NECƏ ƏLİN GƏLİRDİ ÖZ MİLLƏTİNİ (BU MİLLƏTDƏNSƏNSƏ) BELƏ DÖYDÜRMƏYƏ? ÖZ MİLLƏTİNƏ QARŞI BU QƏDƏR NİFRƏT HARADANDIR?

G.M 2018-02-20 19:47:16

Ziya artıq ``bir həsirdi,bir də,məmmədnəsir``.Səlahiyytləriylə bərabər hər şeyini itirib..mənzillərini də,nüfuzunu da.bir il bundan əvvəl döydürtdüyü ``xalturşiklərlə`` heç bir fərqi yoxdur.

Son yazılar