Azərbaycanda 21 nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən verilən məlumata görə, fevralın 16 və 19-da keçirilən növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri alan, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilən 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeşvə 4 nəfər Hindistan vətəndaşı saxlanılıblar.

Həmin şəxslər gəlişlərinin bəyan edilən məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar