ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

ABŞ hökuməti kriptovalyuta bazarında yaranan qlobal tələbi nəzərə alaraq bu aktivlər üzərində federal nəzarəti gücləndirmək qərarına gəlib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ Senatı və Nümayəndələr Palatası kriptovalyutaların investorlar və maliyyə bazarları üçün yaratdıqları risklərin ölçülməsinə başlayıb.

Respublikaçılar partiyasından Mayk Raunds deyib: "Şübhə yoxdur ki, normativ-hüquqi bazanın yaradılmasına ehtiyac var". Agentlik bildirib ki, böyük ehtimalla bazara nəzarəti Qiymətli kağızlar və birjalar üzrə Komissiya (SEC) yerinə yetirəcək.

Ağ evin kibertəhlükəsizlik üzrə koordinatoru Rob Coys CNBC-yə müsahibəsində bildirib ki, hələlik hökumət kriptovalyuta bazarını tənzimləməyə hazır deyil: "Bunun üçün hazırlıq işləri aparılmalıdır. Hələ bazarın mübət və mənfi tərəfləri bilinmir. Ona görə də tam tənzimləməyə başlamaq dövrü uzaqdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar