"ABŞ düz hərəkət etmir..." - Şimali Koreya

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respubikası (KXDR) Cənubi Koreya ilə münasibətlərin yaxşılaşmasına mane olduğu üçün Amerika Birləşmiş Ştatlarını (ABŞ) ittiham edib. Bu barədə «Nodon Sinmun» nəşri yazıb.

«ABŞ lap əvvəldən Cənub və Şimal arasında münasibətlərin yaxşılaşmasını istəməyib. KXDR ilə Gənubi Koreya arasında yaxşılaşan münasibətləri pozmağa cəhd göstərməklə, ABŞ düz hərəkət etmir və məqsədli şəkildə situasiyanı gərginləşdirir» - deyə, nəşr qeyd edir.

KXDR eyni zamanda, ABŞ-ı Cənubi Koreya hərbçiləri ilə birgə hərbi təlimlərin yenidən başlanmasından çəkinməyə çağırıb.

Bundan əvvəl ABŞ və Cənubi Koreya qış Olimpiadasının və Paralimpiadanın keçirildiyi müddətdə (09-18 mart) hərbi təlimləri dayandırmaq barədə razılığa gəlmişdilər. Amma KİV-in məlumatına görə, ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərinin keçirilməsini Yaponiya xahiş edə bilər.

635x100

Şərhlər

OQTAY 2018-02-21 00:20:30

Eqer insanin,bas hissesi piylenirse,piy aqil kasasini sixisdiraraq basdan aqili cixarir ve bunun neticesinde heyvan beynine,dusuncesine suretle yaxinlasir..,

Son yazılar