«ABŞ esminesləri «nişangahda» olacaqlar!» - Rusiyalı admiral

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qara dənizdəki iki esminesi Rusiya üçün ciddi təhlükə deyil. Rusiya bölgədə qat-qat artıq qruplaşma saxlayır və üstəlik də onlar tam şəkildə izlənirlər. Bu barədə Baltik donanmasının sabiq komandanı (2001-2006), admiral Vladimir Valuyev bəyan edib.

Xəbər verdiyimiz kimi, ötən bazar günü ABŞ hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «Karni» eskadra minadaşıyıcısı Qara dəniz sularına daxil olub və hövzədə üzən «Ross» esminesinə qoşulub. Pentaqondakı mənbəyə istinadla KİV-lər xəbər verirlər ki, «bu rayonda Rusiya qüvvələrinin güclənməsinə qarşı durmaq üçün» Vaşinqton Qara dənizdə öz iştirakını aprtırır.

«Mən, hesab edirəm ki, bu esmineslər «özgə teatrında» elə də böyük təhlukə törədə bilməzlər... bu, dəqiqdir ki, həmin iki gəmi «nişangah»da olacaq. Əgər neqativ və ya provakasion hərəkətlərə yol versələr, həyasızlıq və ziyanvurma dərəcəsindən asılı olaraq, cavab alacaqlar» - deyə, Valuyev bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar