"Ailəsi Rövşən Əhmədovun əmlaklarını satışa çıxarıb" - FOTOLAR

Xəbər verdiyimiz kimi, Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Əhmədov həbs edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, birinci instansiya məhkəməsinin onun barəsində çıxardığı bəraət hökmü ləğv edilib və R.Əhmədov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib və onun şikayəti təmin olunub.

Bu arada məlum olub ki, hazırda Kürdəxanıda Təcridxanada saxlanalın R.Əhmədovun əmlakları ailə üzvləri tərəfindən satışa çıxarılıb. Bu barədə saytımıza Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkil bildirib ki, bunun səbəbi məhkəmənin müvəkkilim Çingiz Baxşıyevin mülki şikayətini təmin etməsi, R.Əhmədovun üzərinə dəyişmiş ziyanı ödəmək öhdəliyinin qoyulmasıdır: “Buna görə də, R.Əhmədovun ailəsi Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri sataraq aldığı əmlakları, obyektləri tez-tələsik satmağa çalışırllar. Ziyanı ödəməzsə, gələcəkdə iddianın R.Əhmədovun əmlaklarına yönələcəyini bildiklərindən bunu edirlər”.

Ceyhun Yusifov bildirdi ki, R.Əhmədov Çingiz Baxşıyev və ailəsinə vurduğu ziyanı ödəyənə qədər onun əmlaklarının üzərinə həbs qoyulmalıdır : “Əks halda bu əmlakları satacaqlar, müvəkkilimə dəymiş ziyan yenə də ödənilməmiş olacaq.”

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar