Evlərin qiyməti rekord həddə çatıb - Video

Daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir

Bakının ilkin və təkrar mənzil bazarlarında qiymət artımı cari ilin əvvəlindən başlıyıb.

Daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək qiymət artımı 2011 ci ildə 4 faiz, 2012 ci ildə 12 faiz, 2013 də 26 faiz olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32, 6 faiz göstərilir. Qiymətlərin dinamik artımının mövsümü xarakter daşıdığı düşünülsə də ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir.

Ekspert Nüsrət İbrahimov bildir ki bazarda təklif azaldıqca qiymətlər artır. 2011-ci ildən Azərbaycanda tikinti nisbətən səngisədə, amma əhalinin gəlirləri artdı. “Bu artıma səbəb ölkədə aparılan tikinti layihələri, Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki konpensasiya ilə sökülən ərazilər birbaşa təsir etdi.”

Qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində deyil əsasən Bakı ətrafında xüsusən də Xırdalan, Masazır və Saray qəsəbələrində kəskin şəkildə nəzərə çarpır. Burda daşınmaz əmlakla yanaşı torpaq sahələrinin də qiyməti artır. Amma Bakının üçüncü və dördüncü dairələrində də kifayət qədər artım müşahidə olunur.

Ekspert Akif Mehrəliyev deyib ki ötən il Bakının üçüncü dairəsi hesab olunan ərazilərdə Xruşovka binalarda iki otaqlı mənzillər 80.000 idi. İndi isə həmin evlər 100.000 manata təklif olunur. Bu ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gəlir.

Təklifin azalması ilə daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir. Yalnız bundan sonra tələb azalarsa qiymətlərdə ucuzlaşma baş verə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar