Pakistan Rusiya ilə əlaqələri inkişaf etdirmək istəyir - Ticarət-iqtisadi sahədə

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan İslam Respublikası (PİR) Rusiya Federasiyası ilə ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindədir. Bu barədə PİR-nın xarici işlər naziri Havac Mühəmməd Asif bəyan edib.

«Pakistan Rusiya ilə münasibətlərə böyük önəm verir. Ticarət, energetika, kosmosun fəthi, müdafiə və təhsil sahələrində həmkarlıq əlaqələrimiz var. Biz, gələcəkdə də münasibətlərimizi inkişaf etdirməyi planlaşdırırıq» - deyə, Pakistalı nazir RF-nın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

Mühəmməd Asif əlavə edib ki, Pakistanda Rusiya ilə əmtəə dövriyyəsini artırmağa ümid edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar