Bağdad Rusiya şirkətlərinə ümid edir - Ölkənin bərpası işində...

iraq«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bağdad İraq iqtisadiyyatının bərpası prosesində iştirak etmək üçün Rusiya şirkətlərini gözləyir. Bu prosesdə ölkəni dəstəkləməyə hazır olduğu üçün Rusiya tərəfinə minnətdardır. Bu barədə, çərşənbə axşamı İraqın Rusiya Federasiyasındakı səfiri Haydar Mansur Hadi bəyan edib.

Məlumat üçün bildirək ki, İraqın bərpası məsələsinə həsr olunmuş beynəlxalq invstisiya Forumu ötən həftə Küveytin paytaxtında keçirilib. Genişmiqyaslı tədbirdə 70-dən artıq dövlətin və 1,4 min şirkətin nümayəndəsi iştirak edib. Rusiyanı bu forumda Rusiya Federasiyası Baş nazirinin müavini Arkadi Dvorkoviç təmsil edib.

«Rusiya tərəfi İraqa dəstək verməyə hazır olduğunu təsdiqləyib. Çox ümid edirik ki, dəstək davam etdiriləcək. Nəzərə almaq lazımdır ki, Rusiya şirkətləri də İraqın bərpası prosesində iştirak etməyə reallıqla hazır olduqlarını bildiriblər... Biz, Rusiyanın iştirakını çox gözləyirik» - deyə, səfir bəyan edib.

İraq səfirinin bu sözləri, Russiya hərbi kontingentinin Suriyada təzəcə yerləşdiyi və ətrafı bombardman etməyə girişdiyi bir vaxtda, ərəblərin Putinə həsr etdiyi bir «miskin uydurma»nı yada salır. O zaman bu zavallılar deyirdilər ki, Rusiya Prezidenti Vladimir Putinin atası guya, ərəb olub və vətənində əncir satdığına görə, onu «Əbu-Tin» - deyə, çağırırmışlar. İndi Putin («ibn-Əbu-Tin») də gəlib ki, öz «qohum»larını xilas etsin və s.

Yazıq ərəb - vətənini «Sem Dayı» viran qoydu, «Əbu-Tin» də bərpa edəcək - davam elə...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar