Beynəlxalq Bankın sabiq filial direktoru məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Digər şəxslər də bankın əməkdaşlarıdır.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

635x100

Şərhlər

BiKəs 2018-02-21 11:39:33

"Toydan sonra nağara-zurna", deyiblər. "Milyardlar astaca yerbəyer edilib, xaricilərə səpilib və dənizə töküləndən sonra zurna-balaban çalınır", desəniz daha doğru olardı.

BANK SİSTEMİ ÇÖKÜR 2018-02-21 11:39:33

VƏ YA TOYDAN SONRA XINANI ....Ə YAXIRLAR...

Son yazılar