Rusiya futbol üzrə dünya çempionatı ilə əlaqədar "qanuni oğruları" deportasiya edir

Rusiyada futbol üzrə dünya çempionatının yaxınlaşması ilə əlaqədar "qanuni oğrular"ın kütləvi şəkildə ölkədən çıxarılmasına başlayıb.

Bu barədə "Report" "Komsomolskaya pravda"ya istinadən xəbər verir.

Məlumata görə, bu "kriminal avtoritet"lərdən hər birinin deportasiya olunması barədə qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev qəbul edib.

Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsindən bildiriblər ki, hazırda ölkədən Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana, Kamçibek Kolbayevin Qırğızıstana deportasiya edilməsi üzrə hazırlıqlar gedir.

Bundan əvvəl Baçuka Paçuliya (Pontiyski) Rusiyadan Gürcüstana, Dadaş Bakinski isə Azərbaycana departasiya edilib.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, hazırda 432 "qanuni oğru" fəaliyyət göstərir. Onlardan 318 nəfəri azadlıqda, 114-ü həbsdə, 31 istintaq altında, 19-u isə axtarışdadır. "Kriminal avtoritetlər" arasında daha çox Gürcüstan vətəndaşı var - 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) də var.

"Rəsmi olaraq, deportasiya Cinayət Məcəlləsi əsasında həyata keçirilir. "Qanuni oğrular"ı daha çox fırıldaqçılıq, satış və narkotik maddə saxlamaya görə həbs edirlər. Onlar cəzalarını çəkdikdən sonra məcburi qaydada Rusiyada göndərilir və geri dönüşləri qadağan edilir", - Rusiya nəşri yazır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar