Polis Bakıda 35 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb - Fotolar

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.

Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

[gallery size="full" ids="396310,396311,396312,396313,396314,396315"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar