Oktay Gülalıyev KXCP Ali Məclisinin üzvlüyündən çıxarılıb

Oktay Gülalıyev Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin üzvlüyündən çıxarılıb.

“Report”un xəbərinə görə, bununla bağlı qərar Ali Məclisin iclasında partiya sədri Mirmahmud Mirəlioğlunun təklifi əsasında qəbul olunub.

O.Gülalıyev bildirib ki, bu qərar Milli Şuradakı fəaliyyəti ilə bağlıdır: “Guya mən partiyanın Nizamnaməsini pozmuşam və destruktiv fəaliyyətlə məşğulam. Nizamnamənin hansı bəndini pozmuşam? Xahiş edirəm, həmin bəndi mənə və ictimaiyyətə göstərsinlər... Təbii ki, mən Milli Şuradakı fəaliyyətimə görə Ali Məclisin üzvülüyndən xaric olunmuşam”.

O.Gülalıyev hazırda KXCP üzvü kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, M.Mirəlioğlu 2015-ci ildə Oktay Gülalıyevi KXCP sədrinin müavini vəzifəsindən azad edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar