Azərbaycan gələn ay yeni avtomobillərin istehsalına başlayır

Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı "Crown" (tac) olacaq. Bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, ilk olaraq iki komplektasiyada maşın istehsal olunacaq: "Bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, "S 5" (sadə) və "L 5" (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq".

"Azərmaş" rəsmisi qeyd edib ki, zavodun açılışı mart ayının sonuna planlaşdırılır və açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq: "Bu avtomobillər "Peugeout"nun bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək. Mühərrikin həcmi isə 1,7 litr olacaq".

635x100

Şərhlər

əli 2018-02-21 15:16:15

Bu avtomobilin hansı hissəsi bizim ölkədə istehsal olunur Heç biri deməli bizdə istehsal yox yığırlar buda tamam başqa mövzunun söhbətidir

Son yazılar