"SOCAR Energy Ukraine” ötən il maye qaz satışını 40% artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi – “SOCAR Energy Ukraine” 2017-ci ildə fəaliyyətdə olan yanacaqdoldurma komplekslərinin ərazisində 6 qaz modulu quraşdırıb. Bununla da şirkətin yerli bazarda qazdoldurma məntəqələrinin sayı 34-ə çatıb.

“Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nəticədə “SOCAR Energy Ukraine”ın yanacaqdoldurma komplekslərinin qaz modulları ilə təchizat səviyyəsi 58%-ə çatıb. Ötən il şirkətin maye qaz satışı isə orta hesabla 40% artıb.

Xatırladaq ki, “SOCAR Energy Ukraine” 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin ölkənin 11 vilayətində 59 yanacaqdoldurma kompleksi və 2 neftdoldurma bunkeri var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar