Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək 37-ci sessiyasında iştirak edəcək.

Bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub.

Sessiya fevralın 26-dan martın 23-dək keçiriləcək.

Sessiyanın ilk həftəsində 100-ə yaxın ölkədən rəsmi şəxslərin iştirakı və çıxışı gözlənilir.

İclasda E. Məmmədyarovun da çıxışı nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar