Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib
Baxiş sayı:
Dərc olunub:
21/02/2018 - 16:20
Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.
Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.