“Zeytun budağı” əməliyyatının son statistikası – 90 məntəqə azad edilib

Dərc olunub: 21/02/2018 - 21:02

dc1d72b44c91630f2030d49a9577678dSuriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı son məlumata görə, əməliyyatlar çərçivəsində 1780 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.








loading...


Fikrinizi bildirin