Ağcabədidə məcburi köçkünə məxsus maşın oğurlanıb

Dərc olunub: 21/02/2018 - 21:59

228635_res_01Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

“Reprot”un məlumatına görə, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus “VAZ-21011″ markalı avtomobil qaçırılıb.

O bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən “Qarabağ” su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin