Lənkəranda yol kənarından naməlum kişi meyiti tapılıb

Dərc olunub: 21/02/2018 - 23:44

meyitLənkəran şəhərində naməlum kişi meyiti aşkar edilib.

“Report”un Cənub bürosu xəbər verir ki, bu barədə polisə yerli sakinlər məlumat veriblər.

Təqribən 50-55 yaşlarında olan kişi meyiti 7 saylı məktəbin arxa küçəsində tapılıb. İlkin araşdırmaya görə, mərhumun adı Mirzədir.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin