Bu gün ATƏT PA-nın qış sessiyası öz işinə başlayır

Dərc olunub: 22/02/2018 - 10:17

OSCE_Parliament_Assembly_180512Bu gün Avstriyada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası öz işinə başlayır.

Trend-in məlumatına görə, fevralın 22-23-də Vyanada keçiriləcək toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasının işində iştirak etmək üçün artıq fevralın 21-də bu ölkəyə səfərə gəliblər və fevralın 24-dək bu ölkədə səfərdə olacaqlar.

Trend-in məlumatına görə, Vyana şəhərində keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər.

Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu ilin martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.

Deputatlarımız müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.


loading...




Fikrinizi bildirin