Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

Modern.az saytının məlumatına görə, mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib. Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında dünyasını dəyişmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar