Xəzərdə təhlükəsizliyin təmin olunması üzrə vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

Dərc olunub: 22/02/2018 - 11:53

c2e53cf8-18cf-4eca-bff5-56325481b26b_292Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılan İşçi qrupun görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edir.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.


loading...




Fikrinizi bildirin