MTN GENERALLARINA AĞIR CƏZALAR İSTƏNİLDİ -  ""Poqon"ları sökülsün, 1 milyon ödəsinlər..."

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün keçirilmiş məhkəmə prosesində prokuror sabiq MTN generallarının rütbələrindən məhrum edilməsi ilə bağlı ölkə başçısına təqdimat verilməsini istəyib. APA-nın məlumatına görə, o, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) vurulan 1 milyon manat məbləğində ziyanın ödənilməsini də tələb edib.

Prokuror, həmçinin, çıxışında zərərçəkmişlərə vurulan ziyanın və təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəmədən qanunauyğun qərar çıxarmasını istəyib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Bu gün keçirilən prosesdə dövlət ittihamçısı Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 14 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

[caption id="attachment_325234" align="alignleft" width="300"]

Sübahir Qurbanov[/caption]

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edir.

O, təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

****

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edir.

O, təqsirləndirilən şəxslərə cəza istəyir.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə ittihamlar irəli sürülüb.

635x100

Şərhlər

anar 2018-02-22 16:59:22

bilib bilmedi yazirsiz olkede en duzgun iwleyen generallar bunlariydi xeberiniz olsun. .... fetoculara azadliq vermesinden niye daniwmirsiz ve ya digerlerinin

vətənpərvər insan 2018-02-22 16:59:22

Allah sizlərə qəni- qəni rəhmət eləsin,tarıximizi yazan general Həzi Aslanov.general Mehmandarov,qəhrəmanlarımız Mehdi Hüseynzadə,İsrafil Məmmədov,xalqımızın qəhrəman qızı Züleyxa Seyidməmmədova.Nə yaxşı ki sizlər həyatda yaşamısız.Həmişə sizlərə həsəd aparmışıq,sizlərə oxşamağa istəmişik.sizlərdən vətən sevgisi,qəhrəmanlıq öyrəndik.Adlarınız tariximizə qızil hərflərlə yazıldı. Bunlar isə xalqımızın, millətimizin,öz nəsillərinin,öz ailələrinin üz qarası ,tariximizin isə qara səhifəsi oldular.

həvəskar oxucu 2018-02-22 16:59:22

Generallara baxın ay cammaat.Millətimizin"generallar" na 16 il iş kəsilir.bunlar necə generaldirlar.

ilqar 2018-02-22 16:59:22

)))))))))))))))))))))))))))) dostum sizi Allah guldursun

G.M 2018-02-22 16:59:22

Qulağımızın lap dibində, Müdafə Nazirliyinin önündə,MM-in tinində,FH Nazirliyinin yanında NK-nin dalında,AzTV-nin ağızının içində o boyda cinəyətkarları görməmişik..Hətta Bayramlarda rütbələr də vermişik.Yaxşı ki,E.Mahmudov bu çirkaba bulaşmayıb.Öz zabit Qürurunu sonacan qoruya bilib.

Kasif 2018-02-22 16:59:22

general Elimusa Eliyev de olmali idi onlarin arasinda

eli 2018-02-22 16:59:22

MTN GENERALLARINA AZADLIQ....

emin 2018-02-22 16:59:22

vezifesinnen nece sui istifade eleyiblerki mehkemede bir neferde wikayetci olmadi? bir nefer zererceken taninmadi.. goz gore gore sifariwdi bu

Son yazılar