Rusiya Qış Olimpiadasının bürünc medalından məhrum edilib

İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı Aleksandr Kruşelnitskinin anti-dopinq qaydalarını pozduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb. Məhkəmə qərarına əsasən, idmançının dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Kruşelnitskinin özü də faktı etiraf edib. 26 yaşlı körlinqçi olimpiadadan kənarlaşdırılıb, onun nəticəsi və akreditasiyası ləğv olunub, adı Oyunların iştirakçıları siyahısından çıxarılıb.

Medalların yenidən bölüşdürülməsi məsələsinə Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Körlinq Federasiyası baxacaq. Bu qərardan sonra Rusiyanın aktivindəki medallarını sayı 13-ə (4 gümüş, 9 bürünc) enib.

Qeyd edək ki, Aleksandr Kruşelnitski olimpiadada həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar