Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

"Bu yol Bakı - Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur", - deyə S.Məmmədov əlavə edib.

Qeyd edək ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

635x100

Şərhlər

t.ədalət 2018-02-22 13:11:26

Görəsən,Gürcüstanda və ermənistanda da pullu yollar var?Daha bizim haramız qalıb ki,onu "yolmayıblar"?Vallah ,ayıbdır!Bu yolla əhalinin özünü kommersiya obyektinə çevirənlər,görəsən,nə fikirləşirlər?Hər şeyin satışa qoyulduğu ölkədə parlamentə nə ehtiyac var?Dövlət özü rekete çevrilirsə,qanunlar gərəksiz olur.Biz mağara təfəkküründən aralanmasaq,dünya sivilizasiyasından kənarda qalasıyıq..

Emil Suleymanov 2018-02-22 13:11:26

Cergeli yox Cenab Sedr .4 zolaqli...

Son yazılar