Bakıda İraq aviaşirkətinin menecerini qətlə yetirən şəxsə 18 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "Cobalt" markalı tüfəng götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar