"20 MİLYARD BÜDCƏ İLƏ YAŞAYIRLAR, DAHA NƏ İSTƏYİRLƏR?!" - Sabiq nazirin xalqa minnəti...

Azərbaycan seçiciləri aprelin 11-də növbədənkənar prezident seçkilərində səs verəcəklər. Artıq seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlər də bəllidir.

Modern.az saytı növbədənkənar seçkilərlə bağlı 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Əli Nağıyevin də mövqeyini öyrənib. Sabiq nazir hakim Yeni Azərbaycan Partiyasının vahid namizədi prezident İlham Əliyevin seçkilərdəki iştirakı barədə danışıb.

Əli Nağıyevin sözlərinə görə, bu seçkilərdə də İlham Əliyev səs çoxluğu ilə qalib olacaq. “Dəfələrlə demişəm ki, hələ uzun illər Azərbaycanı idarəetmə baxımından İlham Əliyevdən başqa namizəd görmürəm. Bu fikirlərimi bir neçə dəfə əsaslandırmışam. Əgər konkret suallar olarsa, yenə də oturub fikirlərimi əsaslandıra bilərəm. Əvvəla, bu şəxs siyasətdə sözünü demiş insandır. Həmçinin, xalq arasında da yüksək nüfuza malikdir. Dövlət başçısı kimi həyata keçirdiyi bütün işlər təqdirəlayiqdir. Düşünürəm ki, İlham Əliyev hələ bundan sonrakı növbəti seçkidə də prezident seçiləcək və mən İlham Əliyevdən başqasını görmürəm”.

Əli Nağıyev prezident İlham Əliyevin ölkədəki iqtisadi, siyasi dayanıqlığa verdiyi töhfələrdən də söz açıb. “Millətimizin ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ ilə əlaqədar nələr mümkündürsə, İlham Əliyev onları edir. Hətta mümkün olmayanları da edir. Ona görə də heç kim İlham Əliyevdən artıq iş görməyəcək. Həmçinin, 2016-cı il aprel hadisələrinin adını çəkdiniz. Deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar görülən işlərdə aprel hadisləri bir epizoddur. Görülən işlər bununla ölçülməməlidir. Düşünürəm ki, İlham Əliyevin fəaliyyəti təkcə aprel hadisələri ilə qiymətləndirilməməlidir.

Siyasətdən başı çıxan, bu məsələni tərəziyə düz qoyan adam oturub özü fikirləşməlidir ki, Dağlıq Qarabağ məsələsi nədir?! Niyə və necə yaranıb. Bunun həlli haradan keçir?! Onu deyə bilərəm ki, bu məsələ ilə əlaqədar İlham Əliyev zərgər dəqiqliyi ilə bütün addımları atır. Həm şəxsi nüfuzu, həm diplomatik danışıqlarda, həm hərbi quruculuq sahəsində, həm də Azərbaycanın iqtisadiyyatını gücləndirməklə bütün nə lazımdırsa, onu edir. Heç kim bundan artıq iş görməyəcək”.

Sabiq nazir Azərbaycanın hazırkı dövlət büdcəsinə də diqqət çəkib.

“Keçmiş nazir olaraq Azərbaycanın hazırkı inkişafı ilə bağlı bir neçə kəlmə söyləyə bilərəm. 2006-cı ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən gedəndə Azərbaycanın dövlət büdcəsi 1 milyard yarıma çatmırdı. İndi Azərbaycan 20 milyard büdcə ilə yaşayır. Daha nə istəyirlər?! Bu, çox böyük göstəricidir. Müxalifətin boykot qərarı verdiyini deyirsiz. Müxalifət konkret yol göstərməyib.

Qaldı ki, korrupsiya məsələsinə, onun ancaq masştabını kiçiltmək olar. Elə bir dövlət göstərsinlər ki, orada korrupsiya yoxdur. Bu mümkün deyil. Son bir neçə ildə bəzi məmurların korrupsiya əməllərini prezidentimiz layiqli şəkildə ifşa edib”.

635x100

Şərhlər

Perviz 2018-02-22 13:55:41

Cumleye bax 20 milyard budceyle yasayirlar.Sual olunur? Kimler yasayir yeni? Vallah men basqa cur anladim.Yeni menim vaxtimda memurlar daha az budceyle yasayirdi indi 20 milyardla HA HA HA!!!

Vətəndaş 2018-02-22 13:55:41

20 milyardı on milyona bol gör adambaşına büdcədən nə qədər pul düşür.

Abit 2018-02-22 13:55:41

Sene tezeden heç kim vezife veresi deyil,veya 7-nin yeri giyişir

vadim 2018-02-22 13:55:41

Bu adamı taniyanlar yaxşı bilirki, bu adam həmişə özünü çox bilmiş kimi göstermeyi sevir.Bunu danışdırmaq boş qazanı taqqıldatmaq - eyni şeydir.Əvvəl siyasıtşünas, sonra Fizulişünas, sonra da "hərşey"şünas yəqin ki,... Əvvəllər başqa şey deyirdi. Fikirlıəşir ki, bəlkə də qaytardılar.

Qanunpərəst 2018-02-22 13:55:41

Seçki qabağı şərh yazmaq çox qorxuludur. Əli Nağıyev düz deyir ......memurlar xalqın mənimsənilən 20 milyardından artıq daha nə istəyirler ki.......

ilqar 2018-02-22 13:55:41

dostum o ilqar men deyilem

hellas 2018-02-22 13:55:41

Sən başqa namizəd görməzsən də!! Görsən sən də sonra Ziya kimi, hakimiyyətdəkilərinə elçi axtaracaqsan sonra!!

Lətif 2018-02-22 13:55:41

Bunun da paxırlarını açsalar bilirsiniz nələr ortaya çıxar.Yəqin hələ növbəsi çatmayıb.İşdən ayrılan nazirlrin cinayətləri ( rabitə,MTN.Nəqliyyat,vergi ... )hecə faş oldusa,bununkilər də ortaya çıxarılsa ( istəsələr )onunsəsi çıxmaz.

SUAL 2018-02-22 13:55:41

ƏLİ QAĞA SƏN HEC ƏZİYYƏT CƏKİB, FİKİRLƏRİNİ TƏZƏLƏMƏYƏ CALİŞMA. BU ANTİ XALQ FİKİRLƏRNİ SƏNİN BACİN OĞLU EYNULLA FƏTULLAYEV ŞƏRH EDİB, EDƏCƏK VƏ EDİR DƏ.SADƏCƏ SƏNƏ BİR BALACAAA SUALİM VAR SƏN DƏYƏRLİ VƏ BACARİQLİ KADR İDİNSƏ BƏS ONDA SƏNİ UMUMİLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV İŞİNDƏN NƏDƏN QAVALADİ?

laden 2018-02-22 13:55:41

Sinqapurda 2017-ci ildə büdcə xərclərindən əlavə doqquz milyard vəsait toplandığı üçün hər bir Sinqapurluya 100-300 dollar pul veriləcək Bizdə isə hər il valyuta ehtiyatlarımız artdıqca adambaşına düşən xarici borcumuz bir azda artır.HALA OLSUN

İlmeh Feod 2018-02-22 13:55:41

Doğru bəyan etmisiniz, Cənab Əli müəllim! Dörd dəfə çox sərvəti beş dəfə yüksək qiymətə satılan Azərbaycan xalqı bəlkə da 20 milyard büdcəyə layiq deyil. İşğalçıların təkcə İtaliya postu ilə 17 milyardlıq ticarət və Avropaya 42 milyardlıq lahyə çox dayanıqlı siyasətmiş!? Sizin hər tərəfli mövqeyinizin də "dövləti dəyəri" milyard USA dollarından aşağı deyil.

Aslan 2018-02-22 13:55:41

Sabiq Nazir kimi danışsan daha yaxşı olar.20 milyard manat 25 milyard dollar idi.İndi 11 milyard dollar.Gör büdcə nə qədər daralıb.Bahaçılıq işsizlik dəfələrlə artıb. Çörək pulu qazanmaq çox çətinləşib.Rüşvət korrupsiys talan da ki necə idi və yenə də davam edir.İqtisadiyyat da nef tqazdan asılıdır. Külli miqdarda uzun illər gəliri olan ölkədə israfçılığa, talançılığa yol verilib. Ölkənin milli sərvəti dəhşətli dərəcədə dağıdılıb bölüşdürüb öğurlanıb və yox olub. Müharibədə də biabırçı məğlub kimi qalırıq.

sakit 2018-02-22 13:55:41

Sabah hakimiyyətə Gülxanım xala gəlsə, Əli Nağıyev onu da bu gür tərifləyəcək.Düşmən Ermənistan dünyada demokratiya imici qazanmaq üçün yeni prezdent seçəcək.Biz hələ 14-cü əsrdəyik.Ə.Nağıyev hansı siyasətdən uydurursan ki, 25 ildə bir dənə də olsun rayon qayıtmadı? !00 milyardlarla ölkəyə pul gəldi,10% iş yeri açılmadı?və s. Elə Nazim də sənin ağlöndadır.

İlqarın dostu 2018-02-22 13:55:41

Qabil məllim 0-ların yerini səhv salıb...günə 4-5 min ola bilər..40-50 min köhnə pulla da ola bilər.Onun da su-qaz-işıq pulunu çıxanda yerdə 2-3 min ancaq qalar

Elçin 2018-02-22 13:55:41

Bu seçkinin zurnası xalqımıza çatanda gec olacaq. Bundan sonra Qarabağ məsələsi heç vaxt həll olunmayacaq (yəni haqq biz tərəfdə olduğuna baxmayaraq, hakimiyyətin xaricdə gözü kölcəli olacaq), çünki ölkəmizin dünya hüqq müstəvisindəki məhşur maraqları hakimiyyət hərisi olan bir qrupun maraqlarına qurban verilmişdir. Sabah Qarabağdan söz açanda xaricilər demakratiyadan uzaq ölkəsiz, seçkiləriniz saxtadır, qeyri məhşurdur deyərək xalqımızı hər müstəvidə qaralayacaqdır.

Vahid 2018-02-22 13:55:41

Nörmətli Nağıyev cənabları açıqlaya bilərmi ki, bu 20 milyardın nə qədərini nazirlər udublar,nə qədəri lüzumsuz və itən yerlərə xərclənib,bundan millətə çatan maaş və müavinət halında nə qədər verilib,bu məbləğdən dövlət ierləri açmaq üçün nə qədər xərcləyib. Belə popülist çıxışlar və yazılardan millət artıq doyub.

vetendas 2018-02-22 13:55:41

Yaltaq !!!!!! .. Sene basqa demeye soz tapmadim.

ilqar 2018-02-22 13:55:41

Qabil Eliyev yoldas cenab: Zehmet olmasa izah ederdiniz her gun 40-50 min manati Eli Hesenov nece qazanir? O hesablamani nece aparmisiniz? menede hedden artiq maraqlidir bu hesablama. Sag olun

Arif 2018-02-22 13:55:41

Sabiq nazirin xalqa minnəti - hakimiyyete YALTAQLIQ TEBLIQATIDIR. Riyakar, hiyleger Putin, Chechenistanda BOMBA zerbeleri ile ANTITEROR - "ЗАЧИСТКА" emeliyyati kechirdi. BMT Nizamnamesinin 51 -ci - OZUNUMUDAFIYE maddesine esasen, hakimiyyet NIYE, Azerbaycan erazisinde, ermeni-rus ishqalchilarina qarshi ANTITERROR - ЗАЧИСТКА EMELIYYATI KECHIRMIR, Putin ICAZE VERMIR ? Hakimiyyet OZ XALQININ MILLI MARAQLARINA XIDMET ETMELIDIR ve Putinin Azerbaycandaki DIKTATORLUQUNA SON QOYULMALIDIR !

Qabil Əliyev 2018-02-22 13:55:41

Deyirlər .... şadlıq sarayı da Əli Nağyevindir. Maşallah hər gün də toydur yaxşı qazanır. Xalq bir manat tapa bilmədiyi bir vaxtda bu bəxtəvər hər günə 40-50 min manat pul qazanır. Çox məzəli işdir malades.

G.M 2018-02-22 13:55:41

Həlal olsun...Oxumuş adam ayrı şeydir.Analizə bax ey..

t.ədalət 2018-02-22 13:55:41

O qədər pulun yarısını əhali arasında bölüşdürsələr, illərlə yaşamaq olar.Yol tikintilərində on manatlıq işi on min manat həcmində saxta sənədləşdirməkdənsə,həmin pulla (on manatla) fəhlə tutub yolları indikindən də yaxşı etmək olar.Azərbaycanda görülən işlər üzərində maliyyə nəzarətini bərpa etmək lazımdır!K.Marksın keçmiş heykəli yaxınlkığında yolayırıcı tikintisi zamanı,az qala Mingəçevir dəryaçası boyda ərazinin qumunun daşınması sənədləşdirilmişdi.Dəryaça olmasa da pul silmək üçün sənədləşmə var idi..

Mahir Əliyev 2018-02-22 13:55:41

"0 milyardın qara camaata nə xeyri.Allahınız olsun,real danışın.

Müfəttiş 2018-02-22 13:55:41

Elə bil havadan, sudandır. Bizdə əhalinin sosial müdafiəsi postunda olanların əksəriyyəti xalqa qənim kəsilir.

Milli balta 2018-02-22 13:55:41

Qıjqırıf

Son yazılar