GÜLTƏKİN HACIBƏYLİNİN ƏMLAKLARI VƏ... - Bəs 20 ildir deputat, nazir olanların nəyi var?

Bu gün bir sıra saytlarda sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinın böyük mal-mülk, əmlak sahibi olduğuna dair yazılar yayılıb. Bu yazıya uzun bir əmlak siyahısı daxil edilərək, onların Gültəkin Hacıbəyliyə məxsus olduğu, dəyəri milyonlarla ölçülə biləcək bu mal-mülkü onun deputat olduğu 5 il ərzində (Əslində G.Hacıbəyli 10 il deputat olub-red.) əldə etdiyi iddia olunub. Həmin siyahını təqdim edirik:

– Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;

- Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

- Goradil kəndində 30 sot torpaq sahəsi;

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi;

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

- Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi;

- Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;

– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;

– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

- Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

- Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil;

Bundan əlavə Gültəkin Hacıbəylinin deputat olduğu illərdə təmsil etdiyi Goranboy rayonunun Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6,25 hektar, Aşağı Ağcakənd kəndində 1,76 və 3,24 hektar olmaqla 2 torpaq sahəsi, həmçinin Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 ayrı torpaq sahəsi əldə etdiyi, ancaq bunların sonradan rayon sakinlərinin şikayətləri əsasında ondan geri alındığı bildirilir.

Qeyd olunan əmlakların həqiqətən Gültəkin Hacıbəyliyə məxsus olub-olmadığını, onundursa hansı vasitələrlə əldə etdiyini söyləmək çətindir.  Hər halda od olmasa tüstü çıxmaz və yəqin ki, Gültəkin Hacıbəyli özü buna aydınlıq gətirəcək...

Ancaq bu məlumat başqa suallar ortaya çıxarır. Əgər cəmi 10 il deputatlıq edən bir xanım, saytların yazdığı kimi "orta ölçülü oliqarxlarla müqayisə oluna biləcək" səviyyədə əmlak sahibi olubsa, onda görün ki, BU ÖLKƏDƏ 15, 20, HƏTTA 25 İLDİR DEPUTAT OLANLARIN NƏLƏRİ VAR!

Hamıya məlumdur ki, nazirlər, komitə rəhbərləri və hətta icra başçıları ilə müqayisədə deputatlar daha az imkanlı, eyni zamanda məhdud səlahiyyətlidirlər. İndi təsəvvür edin ki, bir xanım deputat  cəmi 10 illik deputatlığı dövründə dəyəri milyonlarla ölçülən əmlaklar əldə edə bilibsə, 15-20 İLDİR NAZİR, NAZİR MÜAVİNİ, KOMİTƏ SƏDRİ, GÖMRÜK RƏİSİ VƏ DİGƏRLƏRİ BU XALQDAN NƏLƏR OĞURLAYIB! 

Zatən Azərbaycanda vəzifəsi olanın "yeyib-dağıtması", mandatı olanın deputatlıqdan sui-istifadə edib özünə var-dövlət toplaması normal hesab edilir. Təsadüfi deyil ki, Hacıbəylinin əmlaklarının siyahısını yayan saytlardan biri sabiq depuatın bu qədər əmlaka necə sahib olmasını belə əsaslandırıb: "Bu həmin vaxtlar baş verirdi ki, xanım Hacıbəyli indikindən tamam fərqli statusda və siyasi mövqedə idi. Milli Məclisdə təmsil olunurdu, hakimiyyətin ən alovlu müdafiəçilərindən idi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində yer alırdı..."

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Serlok Holms 2018-02-22 16:21:42

Ay bunu yazan ve yazdiran ...! Hec reyleri oxuyub Utandin, Yere girdin, ! Bir nefer de olsun Gultekin Xanimin eleyhine soz yazmadi!...

keçici qırmızı bayraqlar 2018-02-22 16:21:42

....Beynəlxalq Bank vasitəsilə 10 milyard dollardan çox pul atdılar bu neçə ildə millətə. Bundan yazda Moşu demişkən: ay iraysim!!!!!

Adam 2018-02-22 16:21:42

Meyer bele varidata malik olanlar tekce DEPUTAT olanlardimi?Mence yox.Adice hansisa nazirliyin aparatin rehberinin,hansisa zavodun direktorunun,ya da hansisa mektebin direktorunun varidati milyardlara beraberdir.Eyer yeniyetme bele deputat milyonlara sahibdirse ==qoca deputat FETTAH,ZEYNEB ve VAHID=milyardlara beraber varidatin sahibidirler.Bunlarin axirina yalniz 38-ci il varianti ile cixmaq olar

Mühəndis 2018-02-22 16:21:42

İndi növbə Gültəkin xanıma çatıb. Gözəl Bayramlının başını yedilər,indi də bu xanıma ilişirlər. Sadəcə Əli Kərimlinin ətrafını təmizləyirlər. Sonra da deyirlər ölkədə müxalifət yoxdur. İmkan verirlər kimüxalifət olsun? Hər kəs Dövlətin, xalqın malını, pulunu yeyirsə fitil-fitil özlərinin, balalarının, nəvələrinin burnundan gələcək,İnşaalah.gəlir də.

azeri milleti 2018-02-22 16:21:42

saqol RASIM yaz bunlari hami bilsin

BAKILI 2018-02-22 16:21:42

Halal xowu

şəkidən 2018-02-22 16:21:42

Son illər məmurlaR yalnız özləri üçün çalışıblar,vətəndaşı dövlətdən narazı salaraq milyonları qanunsuz yolla əldə ediblər. İcra Başçıları başda olmaqla,nazirlər,nazirlər müavinləri,aparat rəhbərləri,komitə sədrlərinin fəaliyyəti yoxlanılsa,onların əmlaklarının qarşısında Gültəkin xanımın əmlakı heç nə ola bilər. Azərbaycanımızın inkişafı üçün onların əmlakları müsadirə olunmaqla"istirahətə" göndərilməlidirlər,çünki onlar gələcəkdə dövlətimiz üçün təhlükə mənbəyidirlər.

xxxxxx 2018-02-22 16:21:42

Vermək üçün .....bunları yığışdır

məmmədqulu 2018-02-22 16:21:42

Yetim neyləsin uşaqlarını dolandıra bilmir də. Ona görə belə yazıb ki, ona da Avropada paylanan kürü yaxmacından versinlər. ......

Araz 2018-02-22 16:21:42

Harinllgln dərəgəsi 1000 fayızı ötüb Kimsəsizdər şəhid olur Məmurlar mülk həşirindədi danışın görək hansı məmurun balası şəhid verib.Məmur balası ya narkaman olur yada xəstəliyə tutulur,yenədə cirkin əməllərdən əl cəkmillər.Bu bir xəstəlikdir öyrəşiblər kim ölür kim kusur maraxlı deyil ona görəki öz əməllərini bilillər.

REDAKTOR 2018-02-22 16:21:42

OLKƏDƏ KİM NƏYƏ SAHİBDİSƏ, YƏNİ VAR, MAL-MULK, MALİKANƏ, TORPAQ SAHƏLƏRİ, OBYEKTLƏR, BAHALİ DAŞ-QAŞ, QİYMƏTLİ MAŞİNLAR, XARİCİ OLKƏLƏRDƏKİ KULU MİQDARDA PULLAR VƏ ƏMLAKLAR YALNİZ BİR NƏTİCƏNİN MƏHSULUDUR. BUTUN BUNLAR YALNİZ VƏ YALNİZ DOVLƏT BUDCƏSİNDƏN AYRİLAN VƏSAİTLƏRİ TALAMAQLA QAZANİBLAR. ƏKS HALDA SUBUT EDİN GORƏK KİMİN NƏ QƏDƏR AYLİQ QAZANCİ VAR VƏ YA ONUN AYLİQ XƏRCİ NƏ QƏDƏRDİ? BU ORTA MƏKTƏB ŞAGİRDİNƏ BƏLLİDİR. VƏZİFƏLİLƏRİN TƏK MOBİL TELEFON XƏRCİ ONLARİN AYLİQ ƏMƏK HAQİNİ ODƏMİR. YAXLAYİN..

Serlok Holms 2018-02-22 16:21:42

Beli cenabciqlar ! Indi Gozel xanimdan yavas-yavas Gultekin xanima doqru yurus etmek ucun emr tesdiq edilib! 37 davam edir daha keskin, daha ciddi!!!!!! Milleti ozunuze az guldurun. Deve basin soxur pambiqa, hec kesi gormur. Ele bilir ki , onu da hec kes gormur. Gulmelidi, he? Gulmeli yox, aqlamalidi! Istemirsiz yazaq, oz ayibli kirdariniza baxin .....! Size olar, bize YOX ?!

Alı 2018-02-22 16:21:42

ONUN HEÇ NƏYİ YOXDUR. NƏ VAR İDİSƏ DƏ ƏLİNDƏN ALDILAR DEYƏ KEÇDİ MÜXALİFƏTƏ

Veteran 2018-02-22 16:21:42

Esline qalanda kiwinin qadin baresinde nese demesi duzgun bir wey deyil. Ancaq ele meqam var ki, bu "nese"ni demeye de bilmirsen. Fikrimce insan bir eqide ve meslek sahibi olmalidir, hem de omrunun axirina kimi! Vaxt var idi Gultekin xanim Haciyeva oldugu donemde Qati Elcibeyci idi. Sonra 180 derece her wey deyiwdi ve o bugunku iqtidara tərif deməyə bawladi...ve iller sonra daha bir 180 derece deyiwib hakimiyyete muxalif oldu... Ne ise

Asum 2018-02-22 16:21:42

......Yaqin sənə belə sifariş veriblər.Ölkə talanıb heç onu görmürsən? Bir sənə yox, bütün az-çox vicdanı olan insanlara deyirəm-papağınızı qabağınıza qoyub, yaşöı-yaxşı fikirləşin.Görün biz hara gedirik?

Bakı Naxçıvanlısı 2018-02-22 16:21:42

1.İqtidarın müəllim nəvəsi Gültəkin xanımı kimlər Müxalifətə keçmeye mecbur etdi? 2.Onun adına bu sayda mülkləri kimlər rəsmiləşdirib? 3.Mülklər kimlərinmiş və ya kimlər ödəyib? 4.Mətbuatı və izləyicisini qanmaz saymayın? 5.Sanksiyasız bu təhqiqat işini güclü demokratik ölkədə hansı demokrat sifariş verib və hansı demokrat təqibə başlayıb? 6.Boş bəyanatdansa Məhkəməyə, Prokurorluğa vermək gərəkdi. ......

pensioner 2018-02-22 16:21:42

Bir çoxu ilə müqayisədə Gültəkin xanım lütün birisidir.

sual 2018-02-22 16:21:42

"...bu hemin vaxtlar bas verirdi ki...."-bunu yazan iqtidara xidmet etdiyinimi fikirlesir?Ya iqtidari tebliğ etdiyinimi fikirlesir?......

Ferid 2018-02-22 16:21:42

Utanin ale. Ayibdi

G.M 2018-02-22 16:21:42

Neolıt,Ağ Saray .....Yeganə şadlıq sarayları,Gilan,Bravo da Ə.Kərimlinindir.

Son yazılar