“Nüvə razılaşmasını tərk edəcəm, əgər…” – İran hədələdi

Dərc olunub: 22/02/2018 - 17:48

Iran_nuclear_program_120113_4ABŞ-ın təzyiqi altında Qərb dövlətləri İranla əməkdaşlıqdan boyun qaçırarsa, Tehran nüvə proqramı ilə bağlı sazişdən çıxa bilər.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.

Nazir müavini vurğulayıb ki, bu şərtlərdə sazişin icrası çox davam edə bilməz: “Bu cür nizamsız siyasət davam edərsə, əgər şirkətlər İranla işləməyəcəksə, biz bu sazişi icra edə bilməyəcəyik. Çünki bu, bizə sərf etməyəcək”.








loading...


Fikrinizi bildirin