Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Rusiyanın Yaroslavl şəhərində “Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” turnirində qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 22 yaşlı idmançı 79.2 xalla birinci olub.

Tamblinq cığırında növbəti medalı 11-12 yaşlı uşaqlar arasında çıxış edən Bilal Qurbanov əldə edib. O, final mərhələsində topladığı 59.8 xalla “bürünc”ə layiq görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar