"Boko Haram" 111 məktəbli qızı qaçırıb

"Boko Haram" terrorçuları Nigeriyanın şimalında yerləşən Yobe əyalətinin Dabçi bölgəsinə basqın edərək, 111 məktəbli qızı qaçırıblar.

Qaynarinfo xarici mətbuata istinadla xəbər verir ki, hadisədən dərhal sonra Nigeriya prezidenti Məhəmməd Buharinin tapşırığı ilə ölkənin daxili işlər və müdafiə nazirləri vəziyyəti araşdırmaq üçün Yobe əyalətinə yollanıblar. Bu barədə ölkənin informasiya naziri Lai Məhəmməd məlumat verib.

Yobe əyalətinin polis rəisi Əbdülmalik Sumonu isə mətbuata açıqlamasında qızların qaçırılmaları ilə bağlı iddiaları rədd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar