Torres "Atletiko"dan göndərilir - Simeone açıqladı
Baxiş sayı:
Dərc olunub:
22/02/2018 - 22:15
"Atletiko"nun hücumçusu Fernando Torresin komandadakı taleyinə aydınlıq gəlib.
Qol.az-ın məlumatına görə, təcrübəli forvard mövsümün sonunda Madrid klubundan ayrılacaq.
Bunu İspaniya mətbuatına açıqlamasında "Atletiko"nun baş məşqçisi Dieqo Simeone deyib. Argentinalı mütəxəssis bildirib ki, "El-Nino" ləqəbli hücumçunun yayda başa çatacaq müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Torres 2001-ci ildə əsas komandada debüt edib. 6 il Madrid klubunun şərəfini qoruyan 33 yaşlı futbolçu daha sonra "Liverpul"a keçib. Karyerası ərzində "Çelsi" və "Milan" kimi klublarda da forma geyinən Torres 2015-ci ildə "Atletiko"ya qayıdıb.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.