Kiyevdə Moskvanın "izləri" silinir - Körpünün adı dəyişdi

Kiyev Şəhər Şurası bu gün paytaxtda "Moskva körpüsü"nün adının dəyişdirilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, Şurada qərarın qəbul edilməsi üçün 61 səs yetərli olduğu halda, "lehinə" 82 deputat səs verib. Kiyev Şəhər Şurasının tərkibinə 120 deputat daxildir.

Qeyd edək ki, Kiyevdə "Moskva körpüsü" 1976-cı ildə açılıb.

Bundan başqa, Şəhər Şurasının bügünkü qərarı ilə paytaxtda "Xalqlar dostluğu" parkının da adı dəyişdirilib.

635x100

Şərhlər

t.ədalət 2018-02-22 22:22:03

Çox ağıllı addımdır.

Son yazılar