Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

Dərc olunub: 22/02/2018 - 22:30

bitkoin“Bitcoin”in qiyməti yenidən 10 000 dollar səviyyəsindən aşağı düşüb. “Report” xəbər verir ki, fevralın 6-da 5 900 dollar səviyyəsinə qədər geriləyən bitkoin fevralın 21-də 11 900 dollara qədər bahalaşıb. Son iki gündə isə yenidən ucuzlaşmağa başlayan bitkoin hazırda 9 955 dollara satılır.

“Report”un analitik qrupu kriptovalyuta bazarında satışları dolların möhkəmlənməsi və qısa müddət ərzində bazarın kapitallaşmasının 2 dəfə artması ilə izah edir. Satışların daha 10-15% davam edəcəyi, bazarın kapitallaşmasının 350 mlrd. dollara qədər geriləyəcəyi ehtimal edilir. Bitkoinin qiymətinin 8 500-8 700 dollara qədər geriləməsi istisna olunmur. Hazırda bitkoinin bazarda payı 39,3% təşkil edir. Bazarın kapitallaşması isə 420 mlrd. dollara bərabərdir.

“Report”un analitik qrupu kriptovalyuta bazarında əsas hərəkətlənmənin yay aylarında olacağını proqnozlaşdırır və bazarın kapitallaşmasının 1 trln. dolları ötəcəyini ehtimal edir.


loading...




Fikrinizi bildirin